“Neftçi”nin uduzduğu komanda “Skenderbeu”nu da məğlub etdi
05.07.2013 - 00:42
“Neftçi”nin uduzduğu komanda “Skenderbeu”nu da məğlub etdi
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin ilk rəqibi olan “Skenderbeu” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Albaniya çempionu sözügedən ölkədə növbəti yoldaşlıq oyununu keçirib.

İyunun 18-də “Terek”ə (2:0), 3 gün sonra “Şaxtyor”a (7:0) və 26-ısı isə “Volqa”ya uduzan təmsilçimizin rəqibi bu dəfə “Energi Kotbus”la üz-üzə gəlib. “Skenderbeu” yenə meydandan üzüağ çıxa bilməyib.

Belə ki, görüş 4:0 hesabı ilə almanların xeyrinə başa çatıb.

Qeyd edək ki, növbəti mövsümə hazırlıqlarını Avstriyada davam etdirən “Neftçi” də ötən gün “Energi Kotbus”a uduzmuşdu – 0:2.