“Borussiya” növbəti transferini reallaşdırdı
05.07.2013 - 01:50
Çempionlar Liqasının finalçısı olan Dortmund “Borussiya”sı növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, daha əvvəl “Verder”in müdafiəçisi Sokratis Papastatopulosun keçidini həll edən Almaniya klubu bu dəfə “Sent-Etyen”in hücumçusu Per-Emerik Obameyyanqı transfer edib.
Qabon yığmasının futbolçusu Bundesliqa təmsilçisi ilə 2018-ci ilə qədər müqavilə imzalayıb. Obameyyanqın transferinin dəyəri ilə bağlı hələ məlumat verilməyib.
Qeyd edək ki, 24 yaşlı forvard peşəkar futbol karyerasına 2008-ci ildə “Milan”da başlayıb. Daha sonra o, “Cenoa”, “Lill” və “Monako”nun formasını geyinib. Per-Emerik 2011-ci ildə “Sent-Etyen”ə keçib. Obameyyanq 19 qolla başa çatan Fransa çempionatının bombardirlər siyahısında ikinci olub.

0
0