FİFA Kamerun Futbol Federasiyasını cəzalandırdı
05.07.2013 - 02:38
FİFA Kamerun Futbol Federasiyasını cəzalandırdı
FİFA Kamerun Futbol Federasiyasını cəzalandırıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu “şirlər”in bütün yaş qrupunda olan yığmalarını, həmçinin ölkə klublarını regional, kontinental, beynəlxalq yarışlar və yoldaşlıq matçlarında iştirakdan kənarlaşdırıb.

Buna isə Kamerun Futbol Federasiyasının işlərinə dövlətin müdaxilə etməsi səbəb olub. Yaxın vaxtlarda xüsusi komitə yaradılacaq. Bu isə 2014-cü ilin 31 martına nəzərdə tutulmuş federasiyaya prezident seçkilərinin təşkilatçılığı ilə məşğul olacaq. FİFA yalnız sözügedən ölkənin futbol federasiyasını yalnız bir şərtlə əfv edəcək.

Belə ki, Kamerun hakimiyyəti federasiyanın işinə müdaxilə etməyəcəyi təqdirdə cəza aradan qaldırılacaq.

Qeyd edək ki, Kamerunun milli komandası sentyabrın 6-da 2014-cü ildə keçiriləcək dünya çempionatının ikinci seçmə mərhələsini son turu çərçivəsində Liviya yığmasını qəbul edəcək idi. “Şirlər” 10 xalla I qrupuna başçılıq edir.