İraq milli komandasına qadağa qoyuldu
05.07.2013 - 03:14
İraq milli komandasına qadağa qoyuldu
FİFA yenidən İraq milli komandasının evdə yoldaşlıq oyunu keçirməsinə qadağa qoyub. Apasport.az saytının məlumatına görə, buna ölkədə təhlükəsizliyin olması səbəb olub.

Belə ki, iyulun 2-də İraqda avtomobil partlayışları nəticəsində ən azı 49 nəfər dünyasını dəyişib. Buna görə də ali futbol qurumu Asiya təmsilçisinin doğma meydan amilindən istifadə etməsinə icazə verməyib.

Qeyd edək ki, bu il İraq yığması paytaxt Bağdadda iki yoldaşlıq matçı keçirib. Onlar sonuncu görüşlərində Liberiyaya 0:1 hesabı ilə məğlub olmuşdurlar.

İraq son zamanlar DÇ-2014-ün seçmə mərhələsinin oyunlarını isə Qətərin Doha şəhərində keçirir.