“Spartak”ın sabiq hücumçusu Abışovun komandasında
05.07.2013 - 04:38
Avstriyada ikinci təlim-məşq toplanışını davam etdirən Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun formasını geydiyi “Rubin” heyətini hücumçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Kazan klubu Moskva “Spartak”ının sabiq forvardı Aleksandr Prudnikovla anlaşıb.
24 yaşlı oyunçu 2 il Tatarıstan təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Prudnikov peşəkar futbol karyerasına Moskva “Spartak”ında (2007) başlayıb. Daha sonra o, “Terek” (2009), Praqa “Sparta”sı (2009), “Tom” (2010), “Anji” (2011-2012), “Kuban” (2012) və “Alaniya”da (2013)çıxış edib. Aleksandr Rusiyanın U-17 milli komandasının heyətində Avro-2006-nın qalibi olub.

0
0