Məsud Özil haqqında kitab yazıldı - FOTO
05.07.2013 - 05:16
“Real”ın yarımmüdafiəçisi Məsud Özilə İspaniyada kitab yazılıb. Apasport.az saytının məlumatına görə, türkəsilli almaniyalı oyunçunun karyerasından bəhs edən kitabın adı “Butslu sehirbaz Özil”dir.
Məşhur “Marca” qəzetinin jurnalisti Xuan İqnasio Qarsianın qələmə aldığı kitabda Məsudun meymun qəfəsi adı verilən bir sahədə Zinəddin Zidan olmaq xəyalları və bu günə qədər keçirdiyi mərhələlər bir-bir sıralanıb.
Bundan başqa, kitabda 25 yaşlı ulduz futbolçunun Almaniyada gördükləri təlimlər və onun ailəsinə dair də məlumatlar geniş yer alıb.

0
0