“Yuventus”un hücumçusu ingilis klubu ilə müqavilə imzaladı
05.07.2013 - 05:40
“Yuventus”un hücumçusu ingilis klubu ilə müqavilə imzaladı
“Yuventus”un hücumçusu Nikolya Anelka karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Fransa milli komandasının sabiq forvardı rəsmən “Vest Bromviç”in futbolçusu olub.

“Dumanlı Albion” təmsilçisi 34 yaşlı oyunçu ilə 1 illik müddətinə müqavilə imzalayıb. Anelka yeni klubunda 39 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Nikolya qış transfer pəncərəsində Çin “Şanxay Şenxua”sından “Yuentus”a keçib. Anelka “Qoca Sinyora”da yalnız 2 oyunda meydana çıxma şansı əldə edib.