8 qat “üstünlük”
05.07.2013 - 07:50
8 qat “üstünlük”
Avropa Liqasının I təsnifat mərhələsinin “İnter” – “Mariehamn” (Finlandiya) oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşma ərzində qeydə alınan göstəriciləri hesablayıb. 1:1 hesabı ilə başa çatan matçda “İnter” əksər göstəricilərdə rəqibini üstələyib. Lakin meydan sahiblərinin intizamsızlığı da diqqət çəkib. Bakılılar qayda pozuntularında da 8 qat “üstünlük” əldə edib. Təmsilçimiz 90 dəqiqədə 16 dəfə qaydalar çərçivəsindən çıxıb.

İnter
Mariehamn
1
Qol
1
4
Çərçivəyə zərbə
2
8
Qeyri-dəqiq zərbə
3
12
Ümumi zərbələr
5
3
Künc zərbələri
3
2
Oyundankənar vəziyyətlər
1
16
Qayda pozuntuları
2
3
Sarı vərəqələr
1
0
Qırmızı vərəqələr
0