“Kim qələbəmizə inanmırsa, Finlandiyaya getməməlidir“
05.07.2013 - 09:33
“Kim qələbəmizə inanmırsa, Finlandiyaya getməməlidir“
“Qələbə istəyimiz alınmadı. Allahın köməyi ilə Finlandiyada buna nail olarıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in gürcüstanlı futbolçusu Baçana Sxadadze deyib. Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubu ilə evdəki 1:1 hesablı bərabərlikdən sonra dilxor olan Baçana müsahibə vermək istəməyərək, üzrxahlığını çatdırdı.

Ümumiyyətlə, hücumçu cavab oyunundan sonra danışmağı daha məqsədəuyğun saysa da, təkidimizdən sonra bir neçə kəlmə bildirdi: “Qələbə üçün hər şey etmək lazımdır. Əlbəttə, biz Finlandiyada mərhələ adlayacağımıza inanırıq. Əgər inanmırıqsa, niyə meydana çıxaq ki? Kim qələbəmizə inanmırsa, Finlandiyaya getməməlidir”.

Mehman SÜLEYMANOV