“Simurq” Liviya klubu ilə qarşılaşacaq
05.07.2013 - 10:03
“Simurq” Liviya klubu ilə qarşılaşacaq
Zaqatalanın “Simurq” klubunun növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iyulun 8-də ölkəyə qayıtmağı planlaşdıran komanda Türkiyədəki təlim-məşq toplanışı çərçivəsindəki son yoxlama görüşünü ayın 7-də keçirdəcək.

"Sarı-qaralar"ın həmin gün rəqibi Liviyanın "Əl-Nəsr" klubu olacaq. 1954-cü ildə yaradılan Benqazi şəhərinin təmsilçisi ölkənin ən köklü komandalarından biridir. Bu komanda 1 dəfə Liviya çempionluğunu, 3 dəfə kubokunu qazanıb.