AFFA-da İşçi Qrupunun tərkibi açıqlandı
05.07.2013 - 10:15
AFFA-da İşçi Qrupunun tərkibi açıqlandı
Avro-2020-yə namizədliyin verilməsi üçün sifariş kitabının hazırlayacaq İşçi Qrupu yaradılıb. Apasport.az saytının məlumatına görə, İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub. Onun rəhbərlik edəcəyi qrupa daha 7 AFFA rəsmisi daxildir: Sərxan Hacıyev, Cavid Qarayev, Mikayıl Quluyev, Könül Mehtiyeva, Səbinə Hüseynova, Rəmiş Malıyev, Elnur Məmmədov.

İşçi Qrupun vəzifəsi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanmasıdır. Bu qrup AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə yaradılıb. Əmrin icrasına nəzarəti də qurum başçısının özü öz üzərinə götürüb.

Qeyd edək ki, 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ev sahibliyi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.

Mənbə: affa.az