“İnter”ə qol vuran yamaykalı: Demək olmaz ki, cütün taleyinə aydınlıq gəlib
05.07.2013 - 10:41
“İnter”ə qol vuran yamaykalı: Demək olmaz ki, cütün taleyinə aydınlıq gəlib
“Biz gözəl nəticə əldə etdik. Buraxdığımız qoldan sonra başa düşdük ki, hesabı bərabərləşdirməyimiz lazımdır. Çünki məğlubiyyət bizi qane etmirdi”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Mariehamn”ın yamaykalı hücumçusu Alanzo Adlam deyib.

“İnter” – “Mariehamn” oyununun 72-ci dəqiqəsində hesabı bərabərləşdirən Adlam bu nəticənin onlar üçün qızıla bərabər olduğunu bildirib: “1:1 hesabı səfər üçün yaxşı nəticədir. Mən deyərdim ki, bu, əla hesabdır. Ancaq bununla belə demək olmaz ki, cütün taleyinə aydınlıq gəlib. Sadəcə cavab oyununda da belə yaxşı oynayıb qələbə qazanmaq lazımdır”.

Yamaykanın “Portmor Yunayted” klubundan bu il icarəyə götürülən 24 yaşlı hücumçu vurduğu qol haqqında isə bunları deyib: “Oyundan əvvəl qol vuracağımı gözləyirdimmi? Düzünə qalsa, hər zaman qol vuracağımı hiss edirəm. Ancaq daha çox komandamın sərfəli nəticə ilə Finlandiyaya qayıdacağını hiss etmişdim”.