Georgiyevski qələbəyə söz verdi: Ağ bayraq qaldırmağa getmirik – MÜSAHİBƏ
05.07.2013 - 11:16
“İnter”in futbolçusu Slavço Georgiyevski Avropa Liqasında Finlandiyanın “Mariehamn” klubu ilə oyundan azərbaycanlı jurnalistlər üçün brifinq keçirib. Makedoniyalı yarımmüdafiəçi apasport.az saytının da suallarını cavablandırıb.
- İlk növbədə oyunu dəyərləndirərdiniz...
- Fikrimcə, yaxşı oynadıq. İstədiyimiz kimi erkən qol vurduq. Danışmışdıq ki, qol vursaq, oyunumuz alınacaq. Sadəcə, belə qol buraxmaq olmaz. Bizdə olan imkanları reallaşdırmalı idik. Belə oyunlarda qalib gəlmək istəyirsənsə, öz meydanında hər imkandan yararlanıb qol vurmalısan. Bundan sonra cavab matçında nəsə başqa taktika fikirləşə bilərsən. Yaxşı imkanlarımız vardı, qalib gəlməli idik. Onu deyə bilərəm ki, buna nail olmamaqda biz futbolçular günahkarıq.
- Yeni futbolçularınızın oyununu necə qiymətləndirə bilərsiniz?
- Mən futbolçuyam, heç bir qiymət verə bilmərəm. Onlar mənim dostlarımdır. Yaxşı futbolçulardır, komandaya kömək edirdilər. Mən deyərdim ki, oyunları alındı. Sadəcə, belə qiymətləri yalnız baş məşqçi verə bilər. Ümid edirəm ki, oyunlarını daha da artıracaqlar və növbəti matçda qalib gələcəyik. Hələ heç nəyi uduzmamışıq.
- “Mariehamn” elə də yaxşı oyun göstərmədi. Üstəlik, nəzər alaq ki, onların 5-6 futbolçusu Bakıya gəlməmişdi. Biz düşünürük ki, səfər matçında sizə çox çətin olacaq, mütləq qol vurmalısınız...
- Əlbəttə. Biz ora ağ bayraq qaldırıb, təslim olmağa getməyəcəyik. Sona kimi oynayacağıq. Qoy 10 futbolçuları oynamasın, bizim üçün fərqi yoxdur. Dərhal görünür ki, rəqibdə oyun, futbolçularında keyfiyyət var. “Mariehamn” asan komanda deyil.
- Şansları 60-ın 40-a finlərin xeyrinə saymaq olar?
- Yox. Mən deyirəm ki, ilk oyunda olduğu kimi, şanslar 50-nin 50-yə qalır. Biz hələ burdakı matça rəqibə hörmət edirdik.
- Səfər matçında sizə vacib olan qolu vura biləcəksiniz?
- Əlbəttə, bunu vura bilərik. Onsuz da 1:0 hesabı ilə qələbə ilə Finlandiyaya getsəydik də, qol vurmalı idik. Bunu işimizin rahat olmağı üçün etməliyik. Belə deyə bilərəm ki, mübarizənin hələ ilk hissəsi bitib. Hələ qarşıda ikinci hissə var. Çalışacağıq ki, qalib gəlib bütün Azərbaycan bizim uğura sevinsin.
- Komandanız sanki yorğun görünürdü, sizdən daha sürətli oyun gözləyirdik...
- Bu, komandanın taktikası idi. Baxın, sənin yaxşı hücumçu kimi sürətin olub açılanda, təhlükə yaranır. İki dəfə təhlükəli əks-hücum alındı. Tapşırıq belə idi ki, sakit oynamalı idik, rəqibin müdafiəsində boşluqlarını tapıb, ondan istifadə etməli idik.
- Ancaq qol imkanlarından istifadə edə bilmədiniz...
- Sadəcə, onlar böyük qüvvə ilə müdafiə olunub, əks-hücumları gözləyirdilər. Rəqibdə cəld, sürətli futbolçular var. Demirəm ki, onlardan qol imkanları yox idi, bir-iki imkanları vardı. Allaha şükür ki, müdafiəçilərimiz yaxşı oynadı.
- Slavço qocalıb, yoxsa yox?
- Necə qocala bilərəm?
- Elə isə növbəti mərhələyə keçəcəyinə söz verə bilərsiniz?
- Əlbəttə. Niyə ki yox? Mən həmişə söz verirəm ki, biz qələbəyə gedirik. “İnter”də elə psixologiyadır ki, həmişə qalib gəlmək lazımdır. Əgər Finlandiyada buna nail olmasaq, bu, təkcə futbolçular üçün, bütün Azərbaycan üçün üzücü olacaq.
Mehman SÜLEYMANOV

0
0