Millimiz 1/4 finalda! - YENİLƏNİB
05.07.2013 - 21:53
Millimiz 1/4 finalda! - YENİLƏNİB
Bu gün Azərbaycanda keçirilən hərbçilər arasında I dünya kubokunda II turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamız növbəti matçını Kanada yığmasına qarşı keçirib.

Bu görüşdə Nazim Süleymanovun yetirmələri mütləq qələbə qazanmalı idi ki, 1/4 finala çıxmağını rəsmiləşdirsin.

İlk qarşılaşmada Malini 4:0 hesabı ilə məğlub edən millimiz Şimali Amerika təmsilçiləri qarşında da qalib ayrılmağı bacarıb. “Bayıl Arena”da baş tutan matçda komandamız zəif rəqibinin qapısından 2 cavabsız top keçirib.

Beləliklə, Kanadanı 2:0 hesabı ilə üstələyən yığmamız adını 1/4 finala yazdırıb.

Qeyd edək ki, Kanada ilk oyunda İraqa 0:7 hesabı ilə uduzub.

5 iyul
AZƏRBAYCAN – KANADA - 2:0
QOLLAR: Məmmədov, 56, Əliyev, 75
Bakı. “Bayıl Arena” stadionu