Sergey Puçkov: “Qəbələ”yə qalib gəlməli idik
05.07.2013 - 11:52
“Mən “Qəbələ” ilə oyunda həm ilk, həm də ikinci hissədə komandamın mövqelər üzrə hərəkətindən razı qaldım. Futbolçulara afərin”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Zaporojyenin “Metallurq” klubunun baş məşqçisi Sergey Puçkov deyib. Vaxtilə futbolçu karyerası Azərbaycana bağlı olaraq “Bakılı”da çıxış edən keçmiş ukraynalı müdafiəçi “Qəbələ” ilə Türkiyədə 1:1 hesabı ilə nəticələnən yoxlama oyunlarını dəyərləndirib.
Puçkovun sözlərinə görə, futbolçular istirahətsiz işlədiklərindən, təlim-məşq toplanışının pik nöqtəsi sayılan 7-ci gündə yorğunluq özünü göstərib: “Futbolçularda yığılan yorğunluq oyuna öz damğasını vurdu. Onların hərəkətində yüngüllük çatmırdı. Biz bu gün məşq proqramını bir az yüngülləşdirdik. “Qəbələ” ilə oyunda az qol imkanları yaratmadıq. Matçda qalib gəlməli idik. Təmiz qolumuz sayılmadı, Matyaja qarşı penalti təyin olunmadı. Əla qol şanslarını Platonla Rudık əldən buraxdı”.

0
0