“Neftçi”nin rəqibinin darmadağınının səbəbi
05.07.2013 - 12:11
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubu yoxlama oyununda Almaniya “Enerji”sinə 0:4 hesabı ilə uduzub. Apasport.az saytının xəbərinə görə, bu darmadağının səbəbi məlum olub.
Almaniyalı həmkarlarımızın iddiasına əsasən albaniyalılar bilərəkdən bütün bacarığını ortaya qoymayıb. Buna səbəb matçı “Neftçi”nin “casus”ları olub. Onların qarşılaşmanı izləməsindən xəbərdar olan “Skenderbeu” rəqibi qarşısında tam açılmağı lazım bilməyib. Elə buna görə də almaniyalılar 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Kotbus təmsilçisi albanlardan 1 gün əvvəl “Neftçi”ni 2:0 hesabı ilə məğlub etmişdi. Rəqiblərin Avstriyada yaxın otellərdə qaldığını nəzərə alsaq, həmin matçı da alban “casuslar” izləyib.

0
0