Azərbaycan Avropada həftənin ən yaxşıları arasında
05.07.2013 - 12:47
Azərbaycan Avropada həftənin ən yaxşıları arasında
Azərbaycan klubları avrokubokların 2013/14 mövsümünün ilk həftəsinin ən yaxşılarından olub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan ümumilikdə 40 qarşılaşmadan sonra yalnız 6 ölkə hesabına 4 və daha çox çal yazıb.

Avrokuboklarda qələbənin 2, heç-heçənin 1 xalla dəyərləndirildiyini nəzərə alsaq, Latviya klubları hamıdan üstün olub. Onlar 2 qələbə qazanıb və 1 heç-heçə edib.

Onlar kimi məğlub olmayan Bosniya və Herseqovina ilə Macarıstanın 2 komandası mübarizəyə başlayıb və hər ikisi qalib gəlib. Azərbaycan və İslandiya da yenilməzlərdəndir. Onların hərəyə 1 qələbə və 2 heç-heçəsi var. 2 qələbə qazanmaqla diqqət çəkən Lüksemburqun isə 1 məğlubiyyəti var.

Qeyd edək ki, Azərbaycan klublarından “Qarabağ” Makedoniyada “Metallurq”u 1:0 hesabı ilə məğlub edib, “Xəzər Lənkəran”la “İnter” isə heç-heçə edib. Onlar müvafiq olaraq Malta “Slima”sı və Finlandiya “Mariehamn”ı ilə eyni – 1:1 hesabı ilə “sülh” bağlayıb.