Millimizin Malta ilə oyununun stadionu müəyyənləşdi
05.07.2013 - 13:28
Millimizin Malta ilə oyununun stadionu müəyyənləşdi
Milli komandamızın Malta yığması ilə Bakıda avqustun 14-də keçirəcəyi yoldaşlıq oyununun stadionu və başlanma vaxtı müəyyənləşib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, oyun "Bakcell Arena"da baş tutacaq və saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu, millimizin “Bakcell Arena”da keçirəcəyi 2-ci oyun olacaq. Yığmamız ilk dəfə bu stadiondan iyunun 7-də Lüksemburqla 1:1 qaldığımız oyun zamanı yararlanıb.