Vaqif Cavadov: Azarkeşlər başqasına qarşı belə hərəkət etməzdi - MÜSAHİBƏ
05.07.2013 - 13:59
“İnter” – “Mariehamn” oyunundan sonra Vaqif Cavadov jurnalistlərə müsahibə verib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunun kapitanı bəzi məsələlərə aydınlıq gətirib.
- Oyunla bağlı fikirlərinizi bilmək istərdik.
- Əlbəttə ki, oyuna yaxşı hazırlaşmışdıq. Ancaq komandada çatışmamazlıqlar var. Çünki yeni futbolçular çoxdur. İnşallah, bunu da aradan qaldıracağıq. Belə baxanda pis oynamadıq. Amma öz səhvimizdən qol buraxdıq...
- Öz çıxışınız haqqında nə deyə bilərsiniz?
- Öz oyunum haqqında heç vaxt heç nə deməmişəm. İlk rəsmi oyunum idi. Bu üzdən məni başa düşmək olar. İnanıram ki, gələcək oyunlarda daha yaxşı çıxış edəcəyəm.
- Ötürmələrə gecikməyiniz nə ilə bağlı idi? Bu da yeni oyunçularla anlaşmamazlıqdan irəli gəlir?
- Verilən toplar mənə gəlib çatmırdı axı. Top gəlib çatmalıdır ki, mən onu qəbul edə bilim.
- Bəs oyundan çıxarkən azarkeşlərin əleyhinizə qışqırması sizə təsir etmədi ki? Ümumiyyətlə, buna görə onları haqlı sayırsınız?
- Yəqin ki bir başqası olsaydı, ona qarşı belə hərəkətlər etməzdilər. Mən azarkeşləri öz oyunumla sevindirmişəm. Çalışacağam ki, səfər oyununda onları sevindirim.
- Yəni onların məyusluğunu başa düşürsünüz?
- Yəqin ki...
- Bu heç-heçədən sonra artıq “Mariehamn”ı bu cütün favoriti hesab etmək olarmı?
- Komandaların şansları 50-50-yədir. Çünki bu matçda bizim çoxlu qol imkanlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Növbəti oyunlarda çalışacağıq ki, yaxşı oynayaq.
Səbuhi TOFİQOĞLU

0
0