Asif Məmmədov: Qaçanda eşitdim ki, nəsə səs gəldi - MÜSAHİBƏ
05.07.2013 - 15:08
“İnter”in yarımmüdafiəçisi Asif Məmmədovun apasport.az saytına müsahibəsi
- Oyun haqqında fikirləriniz.
- Görüşə istədiyimiz kimi başladıq. Erkən qol vurmaq istəyirdik ki, buna da nail olduq. Məncə, sonra bir az arxayınlaşdıq. İmkanlarımızdan yararlana bilmədik. Cütün taleyini ikinci oyuna saxlamalı olduq. İnşallah, çalışıb orda qələbə qazanacağıq. Yəni elə komanda deyil ki, onlarla bacarmayaq. Keçiləsi komandadır. Çalışacağıq ki, burdakı səhvlərimizi orda təkrarlamayaq.
- Siz zədələndikdən sonra komandanızın oyununda eniş yarandı. Demək olarmı ki, sizin meydandan çıxmağınız buna təsir etdi?
- Mən belə deməzdim. Belə baxanda ikinci hissədə komanda pis oynamadı. İlk yarıya baxanda çoxlu qol imkanlarımız oldu.
- Zədəniz ciddidir? Hansı nahiyədən zədə almısınız?
- Arxa əzələmdən zədələnmişəm. Həkimlər məsləhət gördü ki, ikinci hissəyə çıxmayım.
- Əvvəllər həmin yerdən zədə almışdınız?
- Yox. Qaçanda eşitdim ki, nəsə səs gəldi. Nəsənin cırıldığını eşitdim.
- İkinci oyunda başqa cür oynamalısınız. Çünki artıq rəqib sizi tanıyır...
- Əlbəttə ki, məncə, rəqib elə komanda deyil ki, bu komandaya uduzaq. Biz fikirləşməməliyik ki, səfərdə oynayırıq. Ordan ancaq qələbə ilə qayıtmalıyıq. Bu komandanı 100 faiz keçməliyik. İnşallah, bu komandanı keçəcəyik də.
Səbuhi TOFİQOĞLU

0
0