AFFA yığmamız üçün düşərgə təşkil edib – FOTOSESSİYA
05.07.2013 - 15:33
AFFA 2016-cı ildə Azərbaycanda ilk dəfə keçiriləcək 17 yaşadək oğlanlardan ibarət yığma komandalar arasında Avropa çempionatı ilə bağlı işlərini davam etdirir. Apasport.az saytının məlumatına görə,
UEFA İcraiyyə Komitəsinin qərarı ilə ölkəmizdə təşkil ediləcək final mərhələsində çıxış edəcək yığmamızın heyətinin formalaşdırılması məqsədilə ilkin hazırlıq olaraq AFFA tərəfindən keçirilən yanvarın 25-dən fevralın 10-dək U-14 Kuboku turnirinin oyunlarını seleksiyaçı-məşqçilər izləyiblər. Seleksiya prosesi nəticəsində U-14 Kuboku turnirində iştirak edən komandaların heyətində fərqlənən futbolçular seçilib.
AFFA komandanın əhval-ruhiyyəsini yüksəltmək və heyətin komplektləşdirilməsi üçün ilkin addımların atılması məqsədilə bu gündən Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində düşərgə təşkil edib. İyulun 19-dək davam edəcək düşərgədə keçiriləcək məşq cədvəlləri müəyyənləşib. Cədvəldə göstərilənlərdən əlavə, futbolçuların məşqlərdən kənar vaxtlarını səmərəli keçirməsi üçün film nümayişi, intellektual və əyləncəli oyunlar, həmçinin digər maraqlı tədbirlər təşkil olunacaq.
Mənbə: affa.az

0
0