Rail Məlikov qəza törədib, 100 min avro ziyana düşdü
05.07.2013 - 16:02
Rail Məlikov qəza törədib, 100 min avro ziyana düşdü
Rail Məlikovun “Qəbələ”yə transfer olunmasının əsl səbəbi bilinib. Apasport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Dənizlispor”da futbolçulara istirahət verilən zaman, Rail 2 həftə əvvəl Bakıda yol qəzası törədib.

Belə ki, o, şəxsi avtomobili ilə qoca bir qadını vurub. Həmin şəxs təcili xəstəxanaya çatdırılıb. Yaralı şəxsin yaxınları futbolçunu məhkəməyə verməmək üçün ondan 100 min avro pul tələbə edib.

Çətin vəziyyətdə qalan Məlikov isə “Dənizlispor” rəhbərliyinə zəng vuraraq bu qədər məbləğdə onlardan pul verilməsini istəyib. Ancaq Türkiyə klubu 100 min avronu vermək iqtidarında olmadıqlarını bildirib. Belə olan halda, onu qışdan bəri istəyən “Qəbələ” araya girib. Belə ki, klubumuz futbolçuya yaxşılıq əlaməti olaraq həmin məbləği ödəyib.

Bundan sonra Rail “Dənizlispor”la məsələsini həll edib “Qəbələ”də oynamaq qərarına gəlib. Türkiyə mətbuatında onun müqaviləsinin müddəti 2 illik göstərilsə də, 1 illik anlaşmaya qol çəkilib. Rail yeni kluba keçməklə yanaşı beləcə “Qəbələ”nin ödədiyi 100 min avro hesabına həbsxanaya düşmək cəzasından da qurtulmuş olub.