“Qəbələ” hücumçusu ilə yollarını ayırdı
05.07.2013 - 17:19
“Qəbələ” hücumçusu ilə yollarını ayırdı
“Qəbələ” daha bir legionerlə yollarını ayırıb. Klubun baş meneceri Zaur Əzizov apasport.az saytına açıqlamasında seneqallı hücumçu Mustafa Dabo ilə vidalaşdıqlarını bildirib.

Əzizovun sözlərinə görə, 27 yaşlı legionerlə qalan 1 illik müqavilə qarşılıqlı razılıqla pozulub. Belə ki, Ukraynanın “Volın” klubundan bosniyalı Daniel Subotiçin transfer olmasından sonra komandada hücumçuların sayı 4-ə çatdığından, əsas heyətə düşməkdə çətinlik çəkən seneqallının gedişi daha məqsədəuyğun sayılıb.

Mustafa “Qəbələ”yə qış fasiləsində Latviyadan, Yurmala “Spartak”ından gəlmişdi. O, komandamızda keçirdiyi 7 oyunda 489 dəqiqə meydanda olaraq 1 qol vurub.