“Xəzər Lənkəran”dan “Aldosiva”ya
05.07.2013 - 17:00
“Xəzər Lənkəran”dan “Aldosiva”ya
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Lusiano Olguin özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu karyerasını vətənində davam etdirməyə yaxındır.

Belə ki, bu ilin yanvarında transfer olunan Lusiano 2 ay əvvəl Lənkəran təmsilçisindən kənarlaşdırılan kimi Argentinaya yollanıb. Klub axtarışlarını orada davam etdirən Olguin hazırda “Aldosiva” klubunun düşərgəsindədir. Primera B dəstəsində çıxış edən Mar-del-Plata təmsilçisi onunla bağlı qərarını yaxın günlərdə verməlidir.

Qeyd edək ki, argentinalı Topaz Premyer liqasında 5 oyun keçirib və 3 sarı vərəqə alıb.