Kordoba yenə Azərbaycan klubuna keçə bilmədi
05.07.2013 - 17:34
“Rəvan” baxışdan keçirdiyi argentinalı futbolçusu Matias Kordobanın taleyinə aydınlıq gətirib. Apasport.az saytının klubdan aldığı məlumata görə, 29 yaşlı hücuma meylli yarımmüdafiəçi bəyənilməyərək geri qaytarılıb.
Belə ki, legionerin fiziki hazırlığı komandanın məşqçilər korpusunu razı salmayıb. Nəticədə Kordobanın Azərbaycan klubuna keçmək cəhdi 2-ci dəfə uğursuz olub. Belə ki, o, qış fasiləsində Mingəçevirdə hazırlıq keçən “Qəbələ”də baxışda idi. Ancaq onda zədəsi olan Matiasın bu üzdən keçidi gerçəkləşməmişdi.
Bakılılar baxışda olan digər legioneri – sloveniyalı müdafiəçi Yovan Vidoviçi isə sabah “Qaradağ Lökbatan”la yoxlama oyununda sınayacaq. I dəstə təmsilçisi ilə matç saat 10:00-da başlayacaq.

0
0