Braziliyalı futbolçu Londona gəldi
05.07.2013 - 19:10
Braziliyalı futbolçu Londona gəldi
“Korintians”ın futbolçusu Paulinyo dünən axşam saatlarında Londona gəlib. Apasport.az saytının məlumatına görə, Braziliya milli komandasının yarımmüdafiəçi bu gün günün birinci yarısında “Tottenhem”lə transferin tamamlanması üçün yerli klinikalardan birində tibbi müayinədən keçib.

İngilis klubu günün ikinci yarısında isə Paulinyonun keçidini rəsmən elan edəcək.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Tottenhem” Paulinyo ilə ilkin razılığa gəlmişdir. Onun transfer dəyəri isə 17 milyon avroya başa gəlib.

Paulinyo 2010-cu ildən “Korintians”ın şərəfini qoruyur. O, bu klubun heyətində 89 dəfə meydana çıxıb və rəqib qapılarından 20 top keçirib. Paulinyo Braziliya milli komandası ilə Konfederasiyalar Kubokuna sahib olub. O, yığmasının heyətində 3 qola imza atıb.