Ronaldo: Monakoya yalnız istirahət üçün gələ bilərəm
05.07.2013 - 19:34
Ronaldo: Monakoya yalnız istirahət üçün gələ bilərəm
“Arxada qalan mövsümdən daha yaxşı mövsüm keçirmək məcburiyyətindəyəm. Növbəti il “Real”la La Liqaya, Çempionlar Liqasına və Portuqaliya millisi ilə dünya çempionatına sahib olmaq, ən böyük hədəflərimdən biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın hücumçusu Kriştianu Ronaldo deyib.

Təcrübəli futbolçu gələcək karyerası ilə bağlı maraqlı açıqlama verib.

O bildirib ki, yayda “Monako”ya keçməyə hazırlaşmır: “Hazırda tətildəyəm və burada olduğum müddətdə gələcək karyeramla bağlı danışmaq istəmirəm. Heç bu haqda da düşünmürəm. Gələcək karyeramla bağlı yaxın günlərdə məlumat alacaqsınız. Çətin keçən 10 aylıq mövsümdən sonra dincəlirəm. Ailəmlə, dostlarımla və oğlumla istirahət edirəm. Bir az da tennis oynayıram. “Monako” çox gözəl sahibi ilə əla klubdur. Onlar indi yenidən Fransa çempionatına qayıtdılar. Gələcəkdə orada olmayacağımı dəqiq deyə bilmərəm. Hazırda “Real”da xoşbəxtəm. Monakoya yalnız istirahət üçün gələ bilərəm”.