“Milan” heyətini yığmanın futbolçusu ilə gücləndirir
05.07.2013 - 20:08
“Milan” heyətini yığmanın futbolçusu ilə gücləndirir
“Milan” heyətini “Sampdoriya”nın gənc mərkəzi yarımmüdafiəçi Andrea Poli ilə gücləndirir. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu bu gün yeni klubunda tibbi müayinədən keçəcək.

“Rossonyerlər” Polinin keçidini yaxın günlərdə rəsman elan edəcək. “Milan”ın vitse-prezidenti Adriano Qalliani də bu xəbəri təsdiq edib. O bildirib ki, Andrea bazar ertəsi komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Poli futbol karyerasına “Trevizo”da (2006-2007) başlayıb. O, 2007-ci ildə isə “Sampdoriya”ya keçib. Daha sonra Andrea “Sassuolo” (2008-2009) və “İnter”in (2011-2012) heyətində icarə əsasında çıxış edib. Poli 2012-ci ildən İtaliya milli komandasının şərəfini qoruyur.