Ermənistanlı yarımmüdafiəçi “Şaxtyor”u “Borussiya”ya dəyişdi
06.07.2013 - 01:25
Ermənistanlı yarımmüdafiəçi “Şaxtyor”u “Borussiya”ya dəyişdi
Ermənistan milli komandasının yarımmüdafiəçisi Henrix Mxitaryanın yeni komandası bəlli olub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçu Donetsk “Şaxtyor”unu Dortmund “Borussiya”sına dəyişib.

Belə ki, adı bir neçə məşhur Avropa klublarının transfer siyahısında olan Mxitaryan 27,5 milyon avro dəyərində Almaniyanın gümüş mükafatçılarına keçib. Bundesliqa klubu ermənistanlı futbolçu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2010-cu ildən “Şaxtyor”da çıxış edən Mxitaryanın xidmətində “Anji”, “Liverpul” və PSJ maraq göstərirdi. Henrix 2007-ci ildən Ermənistan yığmasının formasını geyinir.