Assis bir neçə həftəliyə sıradan çıxdı
06.07.2013 - 09:25
Finlandiyanın “Mariehamn” klubu Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə cavab oyununa itki ilə çıxacaq. Apasport.az saytının məlumatına görə, komandanın braziliyalı yarımmüdafiəçisi Dieqo Assis iyulun 11-də ev matçında oynaya bilməyəcək.
Rəqibimizin məşqçisi Stefan Stromberqin sözlərinə görə, ilkin müayinə zədənin ciddi olduğunu göstərir: “Belə zədələr zamanı ilk növbədə əzələ bağlarının xəsarət almağından şübhə edirsən. Bu isə futbolçunun bir neçə həftədən aya kimi sıradan çıxmağı deməkdir. Ancaq daha konkret diaqnoz maqnit-rezonans müayinəsindən sonra verilir. Dieqo ilə bağlı vəziyyət də belədir. Biz ya əzələ bağları, ya da dizin zədələnməyindən şübhələnirik. Çox güman Assis bir neçə həftəliyə oynamayacaq. Daha çox şeyi müayinədən sonra biləcəyik”.
Qeyd edək ki, “Bayıl Arena”da 1:1 hesabı ilə nəticələnən oyunda əsas heyətdə meydana daxil olan Dieqo 33-cü dəqiqədə zədələnərək əvəzlənib.

0
0