“Onun Bakıdakı oyunda vurduğu qol ağrımı yüngülləşdirdi”
06.07.2013 - 10:18
“”İnter”lə oyunda zədələndiyim epizodda çox ağrıyırdım. Ancaq Alanzonun vurduğu qol ağrımı yüngülləşdirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Finlandiyanın “Mariehamn” klubunun yamaykalı futbolçusu Dever Orqill deyib. 23 yaşlı hücumçu “İnter”lə Avropa Liqasının I təsnifat mərhələsində 1:1 hesabı ilə nəticələnən oyunun artıq 18-ci dəqiqəsində zədələnərək əvəzləndi.
Həmin vaxt hesabda geridə olan finlər fasilədən sonra vurduğu qolla Bakıdan sərfəli 161 hesablı nəticə ilə qayıdıb. Özü də Deveri qolu həmyerlisi Alanzo Adlamın vurmağı daha sevindirir: “Sevinirəm ki, yamaykalı futbolçu öz sözünü dedi. Əslində, bu nəticədə hamımızın əməyi var. Bütün futbolçular uduzmamaq üçün sona kimi mübarizə apardılar. Bazar günü çempionatda növbəti matçımıza çıxıb, ardından “İnter”lə iyulun 11-də keçiriləcək cavab oyununa ciddi hazırlaşacağıq”.

0
0