Anatoli Konkovdan etiraz: Biz bunun yaradılmasına qarşıyıq
06.07.2013 - 10:41
Anatoli Konkovdan etiraz: Biz bunun yaradılmasına qarşıyıq
Ukrayna Futbol Federasiyasının prezidenti Anatoli Konkov MDB məkanında birgə çempionatın keçirilməyinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Bakının “İnter” klubunun sabiq baş məşqçisi Azərbaycan kimi birgə çempionatın keçirilməyini dəstəkləmir.

64 yaşlı ukraynalı mütəxəssis öz Premyer Liqalarına daha böyük qiymət verir: “Bizim ölkənin birgə liqa ilə bağlı mövqeyi dəyişməz qalır: onun yaradılmağına əvvəlki tək qarşıyıq. Milli çempionat bizim üçün həddən artıq dəyərlidir, federasiyamız üçün çox əhəmiyyətlidir. Elə bu, ümumilikdə dövlətimizə də aiddir. Buna görə Ukrayna çempionatın onun bir hissəsi olmayacaq”.

Qeyd edək ki, Konkov 2004-06-cı illərdə çalışdırdığı “İnter”i Azərbaycan kubokunun finalına çıxarıb.