“İnter”lə oyundakı nəticəyə görə bütün komandamla fəxr edirəm”
06.07.2013 - 11:11
“İnter”lə matçda oyunumuz, qazandığımız nəticəyə görə bütün komandamla fəxr edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Finlandiyanın “Mariehamn” klubunun futbolçusu Timmi Virtanen deyib. “Bayıl Arena”da 1:1 hesabı ilə nəticələnən oyunda 90 dəqiqə meydanda olan sağ cinah müdafiəçisi uğurlu starta görə sevinir.
Virtanenin sözlərinə görə, rəqib meydanında qollu bərabərlikdən sonra növbəti mərhələyə şansları çoxdur: “Fikrimcə, hərdən oyunumuz istənilən kimi alınmasa da, bütün futbolçular meydanda ürəyini qoyur! Bu, “İnter”lə matçda da oldu və nəticədə hesabı bərabərləşdirə bildik. Düşünürəm ki, 1:1 hesabı üçün yaxşı nəticədir. Bununla “İnter”lə ev oyununda yaxşı çıxış edib, mərhələ adlamaq üçün əla imkanımız var”.
Qeyd edək ki, Finlandiyadakı oyun iyulun 11-də keçiriləcək.

0
0