“Neftçi”nin rəqibi Avstriyanı antirekordla tərk edir
06.07.2013 - 12:00
“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Albaniyanın “Skenderbeu” klubu Avstriyadakı təlim-məşq toplanışını başa vurur. Apasport.az saytının məlumatına görə, təmsil olunduğu şəhərə - Korçaya sabah qayıdacaq albaniyalılar Bakıdakı ilk oyuna - iyulun 16-a qədər qədər son hazırlığı orda keçirəcək. İndi rəqibimizi “Neftçi” ilə matça qədər ağır məşqlərdən sonra tam bərpa olunmağı qayğılandırır.
Heyətinin də formalaşdırılmağına diqqət yetirməli olan “Skenderbeu”nun yoxlama oyunda göstəriciləri ruh düşkünlüyünə səbəb olub. Belə ki, komanda keçirdiyi 5 yoxlama oyununda qalib gələ bilməyərək, 16 qol buraxıb. Bunu isə Avstriyada sınaq matçları keçirənlər arasında mənfi nəticə, hətta antirekordlar sayırlar.
Belə ki, yerli “İnsburk”la 1:1 hesablı bərabərliyə qalan albaniyalılar “Volqa”ya, “Terek”ə 0:2, “Enerji”yə 0:4, “Şaxtyor”a 0:7 hesabı ilə uduzub. Rəqibimizin yeganə qolunu da penaltidən vurmağı narahatçılığına əsas verir.

0
0