“Ağrıya-ağrıya da olsa meydana çıxmaq istəyirəm”
06.07.2013 - 12:38
“Mariehamn”la oyunda aldığım zədənin maqnit-rezonans müayinəsini keçirdik. Şükür Allaha ki, əzələ bağları ilə bağlı problem olmadı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “İnter”in futbolçusu Asif Məmmədov deyib. Avropa Liqasının I təsnifat mərhələsində Finlandiyanın “Mariehamn” klubu ilə Bakıda 1:1 hesabı ilə nəticələnən oyunda hesabı açan yarımmüdafiəçi fasilə ərəfəsində zədələndiyinə görə ikinci hissədə meydana çıxa bilməyib.
Asifin arxa əzələsində cırılma güman olsa da, belə problem olmadığı aşkarlanıb. Ancaq bununla belə, Məmmədov yaxın günlərdə müayinə olunmalıdır: “Zədə aldığım yerdə qaralma var. Bu, qan kapilyarların partlamağı ilə bağlıdır. Ayağımda hələ də ağrılar var. Cavab oyununda iştirakım həkimlərin qərarından sonra bilinəcək”.
İstənilən halda, futbolçu Finlandiyaya yollanacaq heyətdə yer alacağını bildirib: “Fikrimcə, sürətli müalicə gedərsə, oynamaq şansım olacaq. 80-90 faiz hazır olsam, çıxış edəcəyəm. Ağrıya-ağrıya da olsa meydana çıxmaq istəyirəm. Çünki belə vacib oyunda komandama kömək etməyi çox arzulayıram. Oynamasam belə, komandamın yanında olacam”.
Mehman SÜLEYMANOV

0
0