Futbolçu bıçaqla öldürüldü, hakimin başı kəsildi
06.07.2013 - 13:43
Braziliyada həvəskarlar arasında futbol matçı faciə ilə nəticələnib. Apasport.az saytının məlumatıan görə, ölkənin şimal-şərqində keçirilən oyunda futbolçu və hakim meydanda öldürülüb.
Hər şey ondan başlayıb ki, 20 yaşlı hakim 31 yaşlı hücumçu Abreunu meydandan qovub. Bununla razılaşmayan oyunçu ədalət təmsilçisini döyməyə başlayıb. O da öz növbəsində futbolçunun sinəsinə bıçaq zərbəsi vurub.
Təcili yardım maşını ilə xəstəxanaya aparılan futbolçunun öldüyü məlum olub. Bundan sonra oyunçunun dostları hakimi girov götürərək onu taxta və daşlarla vurmağa başlayıb. Sonda ölən hakimin meyiti başı kəsilmiş halda tapılıb.

0
0