“İnter” “Arxipelaq”da qalacaq
06.07.2013 - 13:59
“İnter” “Arxipelaq”da qalacaq
“İnter”in Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirəcəyi Finlandiyaya yollanacaq tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bakılılar “Mariehamn”la matça iyulun 9-da çarter reysi ilə gedəcək.

Təxminən 5 saatlıq yol qət edəcək komandamız Mariehamnda “Arxipelaq” otelində qalacaq. “İnter” həmin gün axşam saatlarında matç keçiriləcək stadionda məşqə çıxacaq.

Qeyd edək ki, “Mariehamn” – “İnter” oyunu iyulun 11-də Bakı vaxtilə saat 22:00-də başlayacaq.