“Bakı” üçün “Hermaqor” və “Timişioara”
06.07.2013 - 14:11
“Bakı” üçün “Hermaqor” və “Timişioara”
“Bakı”nın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunları rəqibləri və matçların tarixləri müəyyənləşib. Apasport.az saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, “zolaqlılar” iyulun 8-də Avstriyanın “Hermaqor”, 12-də Rumıniyanın “Timişioara” komandası ilə oynayacaq.

Artıq Avstriyada ilk məşqə çıxan Milinko Pantiçin yetirmələri gündə 2 dəfə olmaqla çalışır. Günün ilk yarısında təşkil olunan məşq 8 kilometrlik kross qaçışdan ibarət idi. “Hermagor” stadionunda keçirilən ikinci məşqdə isə oyunçular həm fiziki, həm taktiki təmrinləri üzərində çalışıb. 19 yaşlılardan ibarət yığmamızın düşərgəsindən qayıdan hücumçu Namiq Ələsgərov hazırlığa qoşulub.