Nazim Süleymanov: Bizim futbolçularda eyforiyaya qapılmaq var
06.07.2013 - 15:11
Nazim Süleymanov: Bizim futbolçularda eyforiyaya qapılmaq var
"Bizim futbolçularda arxayınlaşmaq, eyforiyaya qapılmaq var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın hərbçilər yığma komandasının baş məşqçisi Nazim Süleymanov deyib

Bakıda keçiriləcək hərbçilər arasında I dünya kuboku turnirində Kanada üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirən 48 yaşlı mütəxəssis yetirmələrindən narazılığını gizlətməyib: “İstərdim ki, oyunçularımız peşəkar və özünə tələbkar olsunlar. Zəif komanda yoxdur. Oyuna zəif yanaşma var. Ona görə də çalışmaq, hazırlaşmaq, oynamaq lazımdır. Yaxşı ki, qələbə qazandıq. Fikrimizi İraq yığması ilə oyuna yönəltmişik. Rəqibimiz güclü komandadır".

Mənbə: affa.az