“Mariehamn”da yeni futbolçu
06.07.2013 - 15:33
“İnter”in Avropa Liqasının I təsnifat mərhələsində üzləşdiyi Finlandiyanın “Mariehamn” klubu heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, rəqibimiz Tomas Hradeskini heyətinə cəlb edib. 23 yaşlı futbolçu ilə mövsümün sonuna kimi anlaşma əldə edilib. O, müdafiənin mərkəzində yaxud yarımmüdafiədə oynaya bilər.
Heyətində bir sıra futbolçuların zədəli olduğunu nəzərə alan finlər avqustda “transfer pəncərəsi”nə bağlanmağına qədər heyətinə əlavə futbolçular cəlb edir. Ancaq Tomas “İnter”lə oyunlar üçün sifariş olunmadığından, iyulun 11-də cavab matçında meydana çıxa bilməyəcək.

0
0