“Rəvan” sloveniyalı müdafiəçi ilə müqavilə imzalayacaq
06.07.2013 - 16:39
Bu gün “Rəvan” mövsümlərarası fasilədə yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar I divizion təmsilçisi “Qaradağ Lökbatan”la 1:1 hesablı bərabərliyə qalıb.
Oyunda hesabı 21-ci dəqiqədə “Rəvan”dan Mehdi Mehdiyev açıb. Maraqlıdır ki, o, məhz “Qaradağ Lökbatan”dan baxışa gələrək, keçmiş komandasının qapısına yol tapıb. I divizion təmsilçisi bundan 13 dəqiqə sonra Novruz Ələkbərovun penaltidən vurduğu qolla tarazlığı bərpa edib.
Yüksək liqa təmsilçisi baxışdan keçirdiyi Yovan Vidoviçin taleyinə aydınlıq gətirib. Belə ki, bəyənilən müdafiəçi ilə ilkin razılıq əldə olunub və gələn həftə müqavilə imzalanacaq.
Qeyd edək ki, “Rəvan” növbəti sınaq matçını 0:3 hesabı ilə uduzduğu AZAL-la iyulun 13-də “Bayıl Arena”da keçirəcək.

0
0