“Neftçi” “Xəzər Lənkəran”ın potensial rəqibinə uduzdu - YENİLƏNİB
06.07.2013 - 22:45
Azərbaycan çempionu “Neftçi” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, bu gün Bakı klubu hazırlıq çərçivəsində dördüncü yoxlama oyununa çıxıb.
Daha əvvəl “Volqa” (0:1) və “Energi Kotbus”a (0:2) uduzan və “Vakker”ə (3:0) qalib gələn Böyükağa Hacıyevin komandası bu dəfə İsrail “Makkabi”si (Hayfa) ilə qarşılaşıb.
Görüşdə “ağ-qaralar” rəqibinə böyük hesabla məğlub olub – 0:3.
Qeyd edək ki, İsrail təmsilçisi Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın potensial rəqibidi. Cənublular “Slima”nı keçəcəyi təqdirdə, “Makkabi” ilə üz-üzə gələcək.
Yoxlama oyunu
6 iyul
“Neftçi” (AZƏRBAYCAN) – “Makkabi” (İSRAİL) - 0:3

0
0