Məmmədyarovdan ardıcıl 2-ci qələbə - YENİLƏNİB
07.07.2013 - 18:24
Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində baş tutan yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarını keçirib.
Asiya ölkəsinə yollanan yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov yerli şahmatçı Van Haonu sınağa çəkib. Turnirdə ardıcıl 2 dəfə heç-heçə edən və ötən gün 1-ci qələbəsini qazanan təmsilçimiz Çindən olan zəka sahibini də məğlub etməyi bacarıb. Şəhriyar 37-ci gedişdə Haonu təslim edib.
Bu qələbədən sonra Məmmədyarov xalını 3-ə yüksəldib və turnir cədvəlinin 2-ci pilləsindəki yerini qoruyub.
Digər görüşlərdə isə Sergey Karyakinlə Aleksandr Qrişuk, Veselin Topalovla Vasili İvançuk, Aniş Giri ilə Peter Leko xalı yarı bölüblər. Qata Kamski isə Van Yueyə, Boris Gelfand Aleksandr Morozeviçə uduzub.
IV tur
7 iyul
Sergey Karyakin (Rusiya, 2776) - Aleksandr Qrişuk (Rusiya, 2780) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - Van Hao (Çin, 2752) - 1:0
Veselin Topalov (Bolqarıstan, 2767) - Vasili İvançuk (Ukrayna, 2733) - 0,5:0,5
Van Yue (Çin, 2705) - Qata Kamski (ABŞ, 2763) - 1:0
Aniş Giri (Hollandiya, 2734) - Peter Leko (Macarıstan, 2737) - 0,5:0,5
Aleksandr Morozeviç (Rusiya, 2736) - Boris Gelfand (İsrail, 2773) - 1:0
Turnir cədvəli: Karyakin – 3,5, Məmmədyarov – 3, Van Yue, Topalov, Qrişuk – 2,5, Leko, Giri, Morozeviç – 2, İvançuk – 1,5, Kamski, Van Hao – 1, Gelfand – 0,5

0
0