“Simurq” Türkiyədə məşqlərini tamamladı
07.07.2013 - 13:07
Təlim-məşq toplanışının ikinci mərhələsi üçün Kartəpədə olan "Simurq" məşqlərini tamamlayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 2013/14 mövsümünə hazırlışan komandanın ötəngünkü hazırlığı əsasən taktiki və texniki tapşırıqlar üzərində qurulub.
Səhər məşqi isinmə hərəkətlərindən sonra iki qrupa bölünərək "kvadrat" oynanılıb. Daha sonra isə topla kollektiv müdafiə və hücumların təşkili ilə bağlı tapşırıqlar yerinə yetirilib. Hazırlığın sonunda isə futbolçular mövqelərinə görə bölünərək taktiki çalışmalar üzərində işləyib.
Axşam məşqi isə bugünkü oyuna hazırlıq məqsədi daşıyıb. İsinmə hərəkətlərindən sonra hazırlıq "kvadrat"la davam edib. Daha sonra isə qısa ötürmələr üzərində məşq edilib. Sonda isə ikitərəfli oyunla ötəngünkü hazırlıq tamamlanıb.
Bu hazırlıq "Simurq"un Kartəpədəki sonuncu məşqləri olub. Komanda bugünkü yoldaşlıq görüşündən sonra təlim-məşq toplanışının ikinci mərhələsinidə başa vurub, ayın 8-i səhər saatlarında yola düşəcək.

0
0