“Simurq”un rəqibi dəyişdi
07.07.2013 - 13:10
"Simurq" Kartəpədə sonuncu yoxlama görüşünü Liviya "Əl-Nəsr"i ilə keçirməli idi. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, lakin məşqçilər korpusunun qərarı əsasında rəqib dəyişilib.
Səbəb isə baxışda olan futbolçuların səviyyəsini daha güclü komanda ilə görüşdə görməkdir. Zaqatala təmsilçisi üçüncü yoldaşılıq görüşünüdə Gürcüstanın "Dila" klubu ilə keçirdəcək. Qarşılaşma "Green Park" otelinin stadionunda, saat 19:30-da start götürəcək.
Qeyd edək ki, "Simurq" bundan öncədə Türkiyədə ikinci yoxlama oyununu "Dila" ilə keçirmişdi və qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatmışdı. Hazırda komandanın düşərgəsində biri qapıçı, ikisi müdafiəçi, ikisi yarımmüdafiəçi və biri hücumçu olmaqla 6 futbolçu var. Onlar haqqında konkret qərar məşqçilər korpusu tərəfindən "Dila" ilə görüşdən sonra veriləcək.

0
0