“Arsenal” rəhbərliyi Vengerlə danışıqlara başladı
07.07.2013 - 14:06
“Arsenal” rəhbərliyi Vengerlə danışıqlara başladı
“Arsenal” rəhbərliyi komandanın baş məşqçisi Arsen Vengerin işindən razıdır. Apasport.az saytının məlumatına görə, “topçular” 63 yaşlı mütəxəssislə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Artıq klub rəhbərliyi Vengerlə danışıqlara başlayıb. Hələ ki tərəflər arasında konkret razılaşma olmayıb.

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən “Arsenal”a başçılıq edir.