“Xəzər Lənkəran” - “Slima” matçı “İdman Azərbaycan”da
07.07.2013 - 15:55
“Xəzər Lənkəran” - “Slima” matçı “İdman Azərbaycan”da
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Xəzər Lənkəran” - “Slima” matçı canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, azarkeşlər iyulun 11-də Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq qarşılaşmanı “İdman Azərbaycan” kanalı vasitəsilə izləyə biləcəklər.

Saat 20:00-da start veriləcək matçı isə belçikalı FİFA referisi Vim Smet idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında Ta-Qali şəhərinin eyniadlı stadionunda keçirilmiş ilk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.