“Qəbələ” “Trabzonspor”a uduzdu - YENİLƏNİB
08.07.2013 - 00:40
“Qəbələ” növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirir. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin İsparta bölgəsində təlim-məşq toplanışında olan Yuri Syominin yetirmələri ikinci yoxlama oyununu keçirib.
İyulun 3-də Zaporojye “Metallurq”u (1:1) ilə heç-heçə edən “qırmızı-qaralar” bu dəfə Türkiyə Superliqa təmsilçisi “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib.
Matçda təmsilçimiz 2:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qəbələ” iyulun 14-dək bu ölkədə hazırlıq keçəcək. Toplanış əsnasında komandanın növbəti rəqibləri “Antalyaspor” (10 iyul) və “Mersin İdman Yurdu” (13 iyul) olacaq.
Yoxlama oyunu
7 iyul
“Trabzonspor” (TÜRKİYƏ) - “Qəbələ” (AZƏRBAYCAN) – 2:0
“Qəbələ”nin start heyəti: David Pietrzkieviç, Rail Məlikov, Omar Kalabane, Vladimir Levin, Ürfan Abbasov, Viktor Mendi, İbrahima Niasse, Lorentso Ebesilio, Nizami Hacıyev, Abdulvahid Afolabi, Mustafa Dado

0
0