“İnter” “Mariehamn”la oyunun hazırlıqlarına başladı
07.07.2013 - 16:41
“İnter” “Mariehamn”la oyunun hazırlıqlarına başladı
Avropa Liqasının I təsnifat mərhələsində Finlandiya “Mariehamn”ı ilə Bakıda 1:1 hesabı ilə başa çatmış oyunun sonrakı günü “İnter” məşqlərini bərpa edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, baş məşqçi Kaxaber Sxadadze dünən yetirmələrinə istirahət verib.

Bu gün isə “İnter” “Mariehamn”la oyunun hazırlıqlarına başlayıb. Bu qarşılaşma təbii örtüklü meydanda keçiriləcəyinə görə, komanda da bu matçın hazırlığını məhz təbii örtüklü meydanda keçirilməsini lazım bilib.