Millimizin üzvü oynadı, komandası xal itirdi
07.07.2013 - 17:25
Rusiya I divizionunda yeni mövsümə start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış oyun günündə azərbaycanlı futbolçu David Qarayevin şərəfini qoruduğu “OİK-Energiya” doğma publika önündə “Salyut”la qarşılaşıb.
Görüşdə qalib müəyyənləşməyib. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
“OİK-Energiya”nın xal itirdiyi ilk oyununda U-19 millimizin üzvü David Qarayev də iştirak edib. 18 yaşlı yarımmüdafiəçi meydana matçın 68-ci dəqiqəsində daxil olub. O, Vyaçeslav Krendelyevi əvəzləyib.
Qeyd edək ki, Qarayev bu ilin yanvar ayında “Qubkin”dən “OİK-Energiya”ya keçib.

0
0